Proqram təminatı, dizayn, tərcümə, reklam və digər xidmət sahələrində çalışan şəxslər üçün güzəştlər müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Bu fəaliyyətlərdən əldə edilən gəlirlərin böyük hissəsi vergidən azad olunur. İllik gəlir həddi 45 min manata qədər olan sahibkarlara xüsusi rejim tətbiq edilir. Məqsəd qeyri-neft sektorunda məşğulluğu stimullaşdırmaqdır.