Cərimə növündə cəzanın icrasına cavabdeh qurumlar müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

Əsas cəza kimi təyin edilən cərimənin icrası icra məmurları tərəfindən həyata keçiriləcək. Bu icra məhkumun yaşadığı, işlədiyi və ya əmlakının yerləşdiyi yer üzrə aparılacaq. Digər hallarda isə icra əsas cəzanın çəkildiyi yer üzrə təşkil ediləcək.