Büdcədənkənar dövlət fondlarının xərclərinin icmal büdcədə əks olunması nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.
Qanuna görə, fondların bütün xərcləri icmal büdcəyə daxil edilir. Yalnız Dövlət Neft Fondunun bəzi əməliyyat xərcləri və müəyyən təminat fondlarının xərcləri istisna təşkil edir. Bu addım dövlət maliyyəsinin vahid şəkildə izlənməsinə imkan yaradacaq.
