Rusiya və ABŞ Berinq boğazından keçən – Çukotka ilə Alyaska arasında tunelin layihələndirilməsi üzrə saziş imzalayacaq.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə bildirib.

“Bu, ölkələrimiz arasında ən böyük infrastruktur layihələrindən biri olacaq”, – o qeyd edib.

Dmitriyev qeyd edib ki, sabah tunelin layihələndirmə işlərinin davam etdirilməsi barədə saziş imzalanacaq.