Qeydiyyata alınmış daşınmaz əmlak hüquqlarının mübahisələndirilməsi qaydası açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, qeydiyyata alınmış hüquqlar məhkəmə qaydasında mübahisələndirilə bilər.
Hüquqların dövlət qeydiyyatı ilə bağlı yaranan mübahisələr də məhkəmələr tərəfindən həll ediləcək.
Sənəddə qeyd olunur ki, qeydiyyat prosesi Mülki Məcəlləyə uyğun aparılmalıdır.
Daşınmaz əmlak üzərində bütün hüquqlar dövlət reyestrində rəsmiləşdiriləcək.