Məcburi müalicə alan şəxslərlə bağlı əlavə hüquqi mexanizm müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Şəxsin müalicədən vaxtından əvvəl azad olunması məhkəmə qərarı ilə həyata keçiriləcək. Müalicə müddətinin uzadılması məsələsinə də məhkəmə baxacaq. Bu qərarlar qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qəbul ediləcək.
