“Fənərbaxça”da prezident seçkiləri keçirilib.
Heftelik.az xəbər verir ki, seçkilərdə Aziz Yıldırım və Hakan Safi mübarizə aparıb.
Klub üzvləri səsvermə yolu ilə ən azı növbəti 1 ildə “Fənərbaxça”ya rəhbərlik edəcək şəxsi seçiblər. Aziz Yıldırım17 245, Hakan Safi 9927 səs toplayıb. Beləliklə, Əziz Yıldırım səsvermədə aşkar üstünlüklə qələbə qazanaraq 8 il sonra yenidən klubun prezidenti seçilib.
Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə “Fənərbaxça”nın prezidenti olub.
O, 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.
