İsrail Ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.
Heftelik.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.
İsrail Ordusu İran ərazisindən buraxılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb.
Raketlərin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə qüvvələri əməliyyata cəlb olunub.
