ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı və danışıqlar masasına qayıdaraq razılaşma əldə etməyi tövsiyə edib.

Heftelik.az xəbər verir ki, bu barədə Donald Tramp “Fox News” telekanalına açıqlamasında bildirib.

“İrana məsləhətim belə olardı ki, raketlərinizi atdınız və bununla kifayətlənin. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Donald Trampın sözlərinə görə, mövcud vəziyyətdə ən doğru addım gərginliyi artırmaq deyil, diplomatik həll yollarına üstünlük verməkdir.

ABŞ Prezidenti əlavə edib ki, Amerika ordusu hazırda yüksək hazırlıq vəziyyətinə gətirilib.