“Fənərbaxça” prezidenti postuna namizəd olan Hakan Safi səsvermənin nəticələri açıqlanmağa başlayan zaman jurnalistlərə açıqlama verib.

Heftelik.az xəbər verir ki, Hakan Safi seçkini uduzduqlarını gördüklərini bildirib.

“Bu açıqlamaları etməyin bizim üçün doğru olduğunu düşünürük. Demişdik ki, “Fənərbaxça”mızın seçki qutusu bizim namusumuzdur. “Fənərbaxça”lılar  ictimaiyyəti belə istəyir. Mən yeni bir həyəcan və nəfəs gətirməyə çalışdım, “Fənərbaxça”ya ciddi investisiyalar və transferlər vəd etdim. Bunlarla bağlı müqavilələri də bağladığımı söylədim. Amma gördüyünüz kimi, “Fənərbaxça” ictimaiyyəti məsələni başqa cür dəyərləndirir. Keçmişdən yana olmağı, keçmişlə yaşamağı sevir. Buna görə də rəqibimiz Aziz Yıldırımı təbrik edirəm. Ümid edirəm ki, uğurlu olar. Mən hər zaman “Fənərbaxça”nın bir əsgəriyəm, onun xidmətindəyəm. Camiəmiz bunu uyğun görüb, belə olmasını istəyib. Buna görə hamınıza təşəkkür edirəm. Rəqibimi də təbrik edirəm”, – deyə Hakan Safi vurğulayıb.