Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər övladı zəhərlənib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, iyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində mənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.
Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti xəstəxanaya çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
