Araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Nazir müavini bildirib ki, bu layihədə məqsəd uşaqların sağlamlığını və psixikasını təmin etməkdir: “Aparılan araşdırmalar sosial şəbəkələrdən istifadənin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir. Bir çox ölkələrdə uşaq və yeniyetmələrin sosial şəbəlkələrə çıxışının qanunvericilik müstəvisində tənzimlənməsinə keçid edilib. Avropa ölkələri, ABŞ, Çin buna keçib. Çində bu tənzimləmələrdən sonra maraqlı nəticələr əldə edilib, ekran qarşısında keçirilən vaxt 10 %-dən çox azalıb”.
Nazir müavini nəzarətin çətiliyinə də toxunub: “Uşaqlar çox vaxt nəzarətdən yayına da bilirlər. Avstraliyada yeniyetmələr bu qadağalarla bağlı Ali Məhkəməyə müraciət ediblər. Belə təcrübələr də var. Biz nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa çalışııq. Hazırda məktəblərdə uşaqların TikTok-a çıxışı bloklanıb. Üumiyyətlə, məktəblərdə uşaqlareın internetə çıxışına filter tətbiq edilir, 200-dən çox zərərli videolara məhdudiyyətlər qoyulub”.
