ABŞ-də Missuri ştatının Kanzas-Siti şəhərində, İngiltərə milli futbol komandasının 2026-cı il Dünya Kuboku üçün təlim-məşq bazasının yaxınlığında atışma baş verib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, 6 iyun gecəsi baş verən hadisə nəticəsində doqquz nəfər həyati təhlükəsi olmayan xəsarətlərlə yerli xəstəxanalara yerləşdirilib.

Polis hələlik heç bir şübhəlini saxlamayıb və axtarışları davam edir. Hadisənin motivi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.