Husilər İsrailə raket atdı

08 İyun 2026, 07:35

Yəməndəki Husi qruplaşması İsrailə raketlər buraxıb.

Heftelik.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

İsrailin mərkəzi hissəsində, o cümlədən Qüds, Təl-Əviv, Modiin və ətraf ərazilərdə raket hücumu barədə xəbərdarlıq səslənib.

İsrail Ordusu raketlərin vurulduğunu açıqlayıb. Raket hücumu nəticəsində ölən olmayıb, 1 nəfər sığınacağa qaçarkən yıxılaraq xəsarət alıb.