ABŞ administrasiyası İsrailin Beyrut yaxınlığında “Hizbullah” hədəfinə endirdiyi zərbəyə əvvəlcədən razılıq vermədiyini açıqlayıb.
Heftelik.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid yüksək vəzifəli amerikalı rəsmiyə istinadən “X”hesabında yazıb.
Digər mənbə isə ABŞ-ın həmin əməliyyatla heç bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, iyunun 7-də İran İsrailin şimalına raket hücumu həyata keçirib. İsrail ordusu bütün raketlərin zərərsizləşdirildiyini açıqlayıb.
