İranın İsrailin şimalına raket zərbələri endirməsindən bir neçə saat sonra İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi hissələrində yerləşən hərbi hədəflərə zərbələr endirib.

Heftelik.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Yerli KİV-lərin məlumatına görə, İranda Tehran, Tabriz və Isfahan şəhərlərində partlayış səsləri eşidilib. İsrailin zərbələrindən sonra İran ölkənin əsas hava limanı olan İmam Xomeini Beynəlxalq Hava Limanı ətrafındakı hava məkanını bağlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında bildirib ki, İsrail İran daxilindəki hədəflərə havadan buraxılan ballistik raketlərlə hücumlar həyata keçirib. İran mənbələrinin məlumatına görə, İsrail təxminən 15 hədəfə zərbə endirib. “Al Jazeera” isə həmin hədəflərdən birinin Tehranda yerləşən pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar olduğunu yazıb.