Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər regionda yaranmış yeni gərginliyi və İranla ABŞ arasında davam edən danışıqlar fonunda mövcud vəziyyəti müzakirə ediblər.
