Ələt azad iqtisadi zonasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı ayrıca tənzimlənəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanuna görə, həmin ərazidə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğun idarə olunacaq.
Daşınmaz əmlak hüquqlarının qeydiyyatı ümumi qanunvericilik bazası əsasında həyata keçiriləcək.
Qeyd olunur ki, qanunvericilik Konstitusiya, Mülki Məcəllə və digər normativ aktlardan ibarətdir.
Bu müddəalar daşınmaz əmlak bazasında hüquqi sabitliyi təmin etməyə yönəlib.