Narkoloji xəstə məhkumların müalicəsi ilə bağlı yeni prosedurlar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Müalicə kursu başa çatdıqdan sonra həkim-məsləhət komissiyası vəziyyəti qiymətləndirəcək.
Məhkumun vəziyyəti yaxşılaşdıqda məcburi müalicənin dayandırılması məsələsi məhkəmədə həll olunacaq.
Azadlıqdan məhrum edilməyən şəxslərin müalicəsi isə ixtisaslaşdırılmış tibb müəssisələrində aparılacaq.