İctimai işlərə məhkum edilən şəxslər 15 gün ərzində cəzaya cəlb olunurlar.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Müddət məhkəmə hökmünün icra məmuruna təqdim edildiyi vaxtdan hesablanır. İcra məmuru məhkumların qeydiyyatını aparır və davranışlarına nəzarət edir. Eyni zamanda işlənmiş saatların uçotu da aparılır.
