Cərimənin ödənilməsindən boyun qaçıran şəxslərlə bağlı yeni mexanizm açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Şəxsin gəliri və əmlakı olmadıqda məhkəmə cəriməni başqa cəza ilə əvəz edə bilər. Bu zaman ictimai işlər və ya azadlığın məhdudlaşdırılması cəzası tətbiq oluna bilər. Bəzi hallarda müəyyən müddətə azadlıqdan məhrum etmə də mümkün olacaq.
