BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı layihələrdə iştirak edən şəxslərə vergi güzəştləri tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Forumun keçirilməsi ilə bağlı qeyri-rezidentlərin gəlirləri müəyyən müddət vergidən azad edilir. Media subyektləri və şəhərsalma layihələri də bu güzəştlərə daxildir. Bu yanaşma beynəlxalq tədbirlərin təşkili üçün hüquqi baza yaradır.

