Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı pozuntulara görə məsuliyyət tədbirləri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Qaydaları pozan və vəzifələrini yerinə yetirməyən məhkumlara töhmət veriləcək.
Tənbeh qərarı yazılı şəkildə əsaslandırılmalıdır.
Məhkum bu qərardan məhkəməyə və ya yuxarı vəzifəli şəxsə şikayət edə biləcək.
