Daşınmaz əmlakla bağlı elektron xidmətlərin inkişafı üçün sistemlər inteqrasiya edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Notariat orqanları və dövlət reyestri arasında real vaxt rejimində əlaqə yaradılır.
Məlumatlar avtomatik şəkildə elektron sistemlərə ötürülür.
Bu, sənəd dövriyyəsini daha sürətli və dəqiq edir.
İnteqrasiya sisteminin təhlükəsizliyi xüsusi qaydalarla tənzimlənir.
