2006-cı ildən əvvəl aparılmış qeydiyyatların hüquqi statusuna aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, 2006-cı il iyulun 6-dək aparılmış dövlət qeydiyyatları hüquqi qüvvəsini saxlayır.
Həmin tarixdən sonra hüquqların məhdudlaşdırılması üçün mövcud hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.
Əvvəlki qeydiyyat orqanları məlumatları müəyyən olunmuş mərhələlər üzrə yeni reyestrə təqdim etməlidirlər.
Məlumatların təqdim olunması üçün müraciətlərə 5 iş günü müddətində cavab verilməsi nəzərdə tutulub.
