ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəhbərliyi ilə aparılan müzakirələr ən yüksək səviyyədə yekunlaşdırılıb və tərəflər yekun razılaşmanı təsdiqləyiblər.
Heftelik.az xəbər verir ki, Donald Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.
“İran İslam Respublikası ilə müzakirələrin İran rəhbərliyinin ən yüksək səviyyəsində yekunlaşdırılması və təsdiqlənməsi faktını nəzərə alaraq, mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi, bu axşam İrana qarşı planlaşdırılmış zərbələri və bombardmanları ləğv etmişəm”, – deyə o bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, müzakirələr və yekun razılaşma bütün detalları ilə razılaşdırılıb və prosesdə iştirak edən bütün tərəflər tərəfindən təsdiqlənib.
Donald Tramp qeyd edib ki, razılaşmanı ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr dəstəkləyib.
O əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokada razılaşma tam yekunlaşana qədər qüvvədə qalacaq.
“Razılaşma yekunlaşdırılıb. İmzalanma vaxtı və yeri yaxın zamanda açıqlanacaq”, – deyə Donald Tramp vurğulayıb.
“Fars” agentliyi is’ İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb ki, Tehran ABŞ-la münaqişənin nizamlanmasına dair sazişin mətnini hələ təsdiqləməyib.
Məlumat “New York Post” qəzetinin Tehranın saziş layihəsi üzərində işi başa çatdıraraq sənədi Qətərə, oradan isə Vaşinqtona göndərdiyi barədə xəbərindən sonra verilib.
Mənbənin sözlərinə görə, razılaşmanın mətninin hazır olması və İran tərəfindən təsdiqlənməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
