Azərbaycan Respublikasının Hesablama Palatasının büdcədənkənar fondlarla bağlı səlahiyyətləri genişləndirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Palata həmin fondların büdcə layihələrinə rəy verəcək. Bundan əlavə, fondların illik icra hesabatları da qiymətləndiriləcək. Bu addım maliyyə nəzarətinin gücləndirilməsinə xidmət edir.