Bələdiyyələrə verilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi qaydası müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, əlavə səlahiyyətlər həvalə edilərsə, zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Həmçinin dövlət qərarları nəticəsində yerli büdcələrin gəlirləri azalarsa kompensasiya ödəniləcək. Bu yanaşma bələdiyyələrin maliyyə sabitliyini qorumağa xidmət edir.
