Cərimə növündə cəzanın icrası ilə bağlı müddətlər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Məhkum cəriməni hökm qüvvəyə mindikdən sonra bir ay ərzində ödəməlidir.
Üzrlü səbəblər olduqda məhkəmə ödənişin təxirə salınmasına qərar verə bilər.
Cərimə ödənilmədikdə onun məcburi tutulması həyata keçiriləcək.