Elektron nəzarət vasitələri ilə bağlı məsuliyyət tədbirləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən şəxslər məsuliyyət daşıyacaqlar.
Cihazı zədələyən və ya yararsız hala salan məhkumlar da cəzalandırılacaqlar.
Bu hallar cəzadan qərəzli boyun qaçırma hesab ediləcək.