Daşınmaz əmlakla bağlı maliyyə məlumatlarının elektron inteqrasiyası nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanuna görə, Mərkəzi Bank və kredit təşkilatlarının informasiya sistemləri dövlət reyestri ilə əlaqələndiriləcək.
Bu mexanizm ipoteka qoyulan daşınmaz əmlak barədə məlumatların operativ əldə edilməsinə imkan yaradacaq.
Eyni zamanda, İcbari Sığorta Bürosuna da müəyyən məlumatlar real vaxt rejimində ötürüləcək.
Elektron informasiya mübadiləsi qeydiyyat proseslərinin sürətləndirilməsinə xidmət edəcək.