Məhkumların islah olunması prosesində ictimai təşkilatların rolu müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

İctimai təşkilatlar cəzaçəkmə müəssisələrinin fəaliyyətinə ictimai nəzarət həyata keçirəcəklər. Onlar məhkumların sosial adaptasiyası istiqamətində də fəaliyyət göstərəcəklər. Qaydalar normativ hüquqi aktlarla tənzimlənəcək.