ABŞ Tehranda hakimiyyəti devirmək üçün İran xalqına silah göndərməyə cəhd göstərib, amma regional müttəfiqlər buna mane olub.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox”a müsahibəsində deyib.
“Kürdlər bizi məyus etdi. Mən bunu xatırlayacağam”, – Tramp qeyd edib.
Tramp İrana bu gecə hücumun “daha böyük və daha güclü” olacağını vurğulayıb.
“Mən sadəcə quru qoşunları göndərmək istəmirəm, yoxsa biz günü sabah ora daxil ola bilərik. İstəsəm hərbçilərdən ibarət kiçik bir qrupu ora göndərərik və bütün ölkəni ələ keçirərik”, – Tramp əlavə edib.
