İslamabad Anlaşma Memorandumu heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır.

Heftelik.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X”-də bildirib.

Nazir yekun razılaşma təsdiqlənənə qədər medianı fərziyyələrdən çəkinməyə çağırıb.

Abbas Əraqçi qeyd edib ki, bütün detallar lazımi vaxtda ictimaiyyətin diqqətinə çatdırılacaq.