Azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən yayınan şəxslərlə bağlı yeni mexanizm müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Mütəmadi qayda pozuntularına yol verən məhkumların işi məhkəməyə göndəriləcək.
İcra məmuru cəzanın qalan hissəsinin azadlıqdan məhrum etmə ilə əvəz olunmasını tələb edə biləcək.
Bu tədbirlər cəzanın icrasına nəzarətin gücləndirilməsi məqsədi daşıyır.