ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Okeaniya dövləti oyunda ilkin qola imza atıb.

Belə ki, Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran futbolçusu Ramin Rezayan hesabı bərabərləşdirib.

Lakin ikinci hissədə Elayja Cast dubla imza atsa da, Məhəmməd Muhibbi qolun əvəzini 64-cü dəqiqədə çıxıb. Gərgin keçən matçda hesab dəyişməyib.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika Misirlə (1:1) bərabərə qalıb.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.