İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların daha operativ əldə edilməsi üçün informasiya sistemləri inteqrasiya edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, ipoteka fondları və kredit təşkilatları bu sistemə qoşulur.
Daşınmaz əmlakın dövlət reyestri ilə məlumat mübadiləsi təmin edilir.
Bu mexanizm ipoteka məlumatlarının şəffaflığını və əlçatanlığını artırır.