Kooperativlər öz üzvləri ilə istehsal etdikləri məhsulların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi barədə müqavilələr bağlaya bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Dövlət orqanları, bələdiyyələr və digər şəxslər kooperativlə münasibətlərini müqavilə əsasında qururlar.
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının kooperativlərin fəaliyyətinə müdaxiləsinə yol verilmir.
Kooperativlər maliyyə və mühasibat uçotunu qanunvericiliyə uyğun aparmalıdırlar.
