Tikintisi başa çatmayan binaların hissələrinə dair sərəncam müqavilələri notariat qaydasında təsdiqlənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Həmin müqavilələr üzrə əldə edən şəxslərin xeyrinə təminat qeydi aparılır. Təminat qeydi daşınmaz əmlak reyestrində rəsmiləşdirilir. Bu mexanizm alıcıların hüquqlarının qorunmasına xidmət edir.