Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqi və tam olması prezumpsiyası tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Reyestrdəki məlumatın yanlışlığı sübuta yetirilməyənədək həmin qeyd etibarlı hesab olunur. Əqd əsasında hüquq əldə edən şəxsin xeyrinə olan qeyd də müəyyən hallar istisna olmaqla həqiqi sayılır. Bu qayda əmlak dövriyyəsində hüquqi sabitliyi təmin edir.