Fond birjalarında təqdim edilən səhmlərin vergiyə cəlb olunması qaydası müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Kütləvi təklif edilmiş səhmlərin satış dəyəri ilə alış dəyəri arasındakı fərq vergitutma obyektidir. Buraya çəkilən digər xərclər də nəzərə alınır. Bu yanaşma kapital bazarlarında real mənfəətin vergiyə cəlb edilməsini təmin edir.
