Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə ayrılaraq istifadə oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Bu zaman məzuniyyət hissələrindən biri ən azı iki təqvim həftəsi olmalıdır.
İstifadə edilməyən hissə həmin iş ilinin sonunadək verilə bilər.
İşçinin istəyi ilə həmin hissə növbəti ilin məzuniyyəti ilə də birləşdirilə bilər.

