Tanınmış vəkil Fərhad Mehdiyevə ağır itki üz verib.

Heftelik.az Xitab24.az-a istinadən xəbər verir ki, onun qızı bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Məlumata görə, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub.

Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

F.Mehdiyev özü də məlumatı təsdiq edib.