Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlar həqiqi hüquqi vəziyyətə uyğun gəlmədikdə düzəliş tələb oluna bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Hüququ qeydə alınmamış və ya düzgün qeydə alınmamış şəxs belə tələb irəli sürə bilər. Eyni zamanda mövcud olmayan yüklülük barədə qeyd nəticəsində hüququ pozulan şəxslər də bu hüquqa malikdirlər. Düzəliş üçün aidiyyəti şəxsin razılığı tələb olunur.