Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslərə dissertasiyanı tamamlamaq üçün iki ayadək məzuniyyət verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Elmlər doktoru elmi dərəcəsi almaq üçün isə bu müddət üç təqvim ayınadək uzadılır.
İşçi məzuniyyətdən müvafiq elmi şuranın təqdim etdiyi arayış əsasında istifadə edə bilər.
Bu qayda elmi fəaliyyətin səmərəli təşkili üçün nəzərdə tutulub.