Kommersiya təşkilatları illik və konsolidə edilmiş maliyyə hesabatlarını müvafiq orqanlara təqdim etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.

Hesabatların təqdim və dərc olunma qaydaları təşkilatın statusuna görə fərqlənə bilər. Dövlət dəstəyi alan və ya ictimai vəsaitlərdən istifadə edən təşkilatlar əlavə tələblərə tabedir. Bu tələblər şəffaflığın və ictimai nəzarətin gücləndirilməsinə yönəlib.