İşləməklə yanaşı doktorantura və ya adyunkturada təhsil alan şəxslər əlavə məzuniyyət hüququ əldə edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Həmin işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
Bu güzəşt doktorantura təhsilinin davam etdirilməsinə şərait yaradır.
Məzuniyyət doktoranturaya qəbul prosesində iştirak edən şəxslərə də şamil olunur.