İşçinin məzuniyyətə çıxmasından əvvəl ödənişlərin vaxtında verilməsi tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Orta əməkhaqqı məzuniyyət başlanana ən geci üç gün qalmış ödənilməlidir.
Lakin əmək və ya kollektiv müqavilələrdə fərqli müddətlər müəyyən edilə bilər.
Bu halda ödəniş növbəti əməkhaqqı günündən gec olmamalıdır.