Məzuniyyətdən geri çağırılan işçilər üçün alternativ qayda da nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
İşə başlandığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş günlərə görə ödənilən məbləğ geri tutulur.
Qalan məzuniyyət günləri sonradan müəyyən edilmiş vaxtda təqdim edilir.
Həmin günlər üçün məzuniyyət pulu yenidən hesablanaraq ödənilir.