Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin və ya onların nümayəndələrinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Müvəkkillərin yığıncağı üçün də oxşar tələb tətbiq edilir. Bu halda seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etməlidir. Kvorumun təmin edilməsi qəbul olunan qərarların hüquqi qüvvəsini müəyyən edir.